Azərbaycanda mühüm dəyişiklik   - Sabahdan...

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda mühüm dəyişiklik - Sabahdan...

İqtisadiyyat

30 Avqust 2023 20:14 6574


Azərbaycanda dövlət istiqrazları ilə bağlanılan əqdlərin hesablaşmaları üzrə "Qiymətli kağızlar və törəmə maliyyə alətləri üzrə klirinq və hesablaşmaların aparılmasına dair Kollektiv Saziş"ə dəyişikliklər edilib.

Yenisabah.az xəbər verir ki, bu barədə Milli Depozit Mərkəzi məlumat yayıb.

Məlumata görə, təkrar bazarda dövlət istiqrazları ilə bağlanılan əqdlərin hesablaşmaları T+1 rejimindən T+0 rejiminə keçirilib. Dəyişikliklər sentyabrın 1-dən bağlanılacaq əqdlərin hesablaşmalarına tətbiq olunacaq. pizza sifarişi

Başqa sözlə, əgər indiyə qədər investorlar hərracda təkrar bazardan aldıqları dövlət istiqrazlarına görə ödənişi 1 gün sonra edə bilərdilərsə, bundan sonra ödənişi alqı-satqı günü həyata keçirməli olacaqlar.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!