“Azərbaycanda müxalifətin hüquqları qorunur” - Açıqlama

saytların hazırlanması

Evə çatdırılma

“Azərbaycanda müxalifətin hüquqları qorunur” - Açıqlama

Siyasət

01 Aprel 2019 21:31 943


“Qalibiyyətin müəllifləri çoxdur. Bu günkü müxalifət Azərbaycan iqtidarının uğurlarını öz adına çıxarır. Nə dərəcədə ciddi qəbul oluna bilər ki, 2 min nəfərin iştirak etdiyi mitinq nəticəsində hakimiyyət birdən - birə 2 milyard manata başa gələn sosial layihələr həyata keçirsin. Və ya bir nəfərin azadlığa buraxılması üçün mübarizə 431 nəfərin azadlığa buraxılması ilə nəticələnsin. Müxalifət indiyə qədər iqtisadi inkişafın ayrı-ayrı sahələri üzrə hansı proqramlar irəli sürüb?”.

“Yeni Sabah” xəbər verir ki, bunu YAP Siyasi Şurasının üzvü, deputat Aydın Mirzəzadə “Yeni Müsavat”ın canlı yayımında deyib. O bildirib ki, müxalifətin Azərbaycan hökumətinin uğurlarını öz adına çıxarması sadəcə qeyri-peşəkarlıqdır: “Və ya bu, başqasının uğurlarını mənimsəmə istəyindən irəli gəlir. Müxalifətin sosial bazası çox kiçikdir. 

Bu gün iqtidarın ətrafında milyonlarla insanlardan bir hissəsini öz tərəflərinə çəkmək istəyirlər. Amma insanları zorla sosial bazaya yönəltmək mümkün deyil. Hesab edirəm ki, cəmiyyət hər şeyi görür və qiymət verir”. Marqarita pizza

A.Mirzəzadə iqtidarın qapısının hamıya açıq olduğunu da vurğulayıb: “Müxalifətin də təkliflərində bəzən diqqətçəkən məqamlar olur. Ancaq təəssüf ki, hansısa problemin həlli ilə bağlı proqramın ortaya qoyulduğunu görmürük. Müxalifətin hüquqları qorunur və həmişə diqqətlə yanaşılır. Kütləvi aksiya təşkil edən qüvvə həmin aksiyanın məsuliyyətini daşıyır. Lakin yanvarda keçirilən bir neçə mitinqlərdən sonra təşkilatçılar kənara çəkildilər, aksiya iştirakçılarını polislə toqquşmaya və ya ictimai yerlərdə gərginlik yaratmağa, vətəndaşları qeyri-qanuni hərəkətə çağırış etməyə başladılar. Amma hər şeyin qanun çərçivəsində olmasını istəyərdim. Azərbaycanda həmişə kütləvi aksiyalar olub, şərait yaradılıb. Bundan sonra da belə olacaq”.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!