Azərbaycanda nağdsız ödənişlər 3 mlrd. manata çatdı

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda nağdsız ödənişlər 3 mlrd. manata çatdı

İqtisadiyyat

25 Yanvar 2023 15:59 1429


2022-ci ilin dekabr ayı ərzində kartlar vasitəsilə həyata keçirilən nağdsız ödənişlərin həcmi 2967 mln. manat təşkil edib.

Yenisabah.az APA-ya istinadla xəbər verir ki, bu barədə Mərkəzi Bank məlumat yayıb. Nağdsız əməliyyatların həcmi 2 dəfə artıb. Həyata keçirilən nağdsız ödənişlərin 2313 mln. manatı elektron ticarətin payına düşür. Qalan məbləğin 650 mln. manatı POS-terminallar, 2.7 mln. manatı isə özünə xidmət terminallarının vasitəsilə gerçəkləşdirilib. Dekabr ayı ərzində ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 46.9%-ni təşkil edib.

Bundan əlavə, bankların ödəniş xidməti şəbəkəsi üzrə dinamik artım müşahidə olunub. Belə ki, keçən ilin dekabr ayının sonu ilə müqayisədə bankomatların sayı 3.1%, POS terminalların sayı isə 29.8% artıb. Dördpendirli pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!