Azərbaycanda nazir vəzifələrinin yazılış qaydası dəyişdi

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda nazir vəzifələrinin yazılış qaydası dəyişdi

Siyasət

03 Noyabr 2020 20:46 4123


Azərbaycan dilində nazir vəzifələrinin yazılış qaydası müəyyənləşib. 

Yenisabah.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin Azərbaycan dilinin Orfoqrafiya Normaları”nda dəyişiklik edilməsi barədə” qərarında əksini tapıb.

Qərara əsasən, nazir vəzifələri bundan sonra aşağıdakı kimi yazılacaq: pizza

Azərbaycan Respublikasının səhiyyə naziri, Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri tipli mürəkkəb adlarda sahə (səhiyyə) və vəzifə (nazir) bildirən sözlər kiçik hərflə yazılacaq. Bundan əvvəl Azərbaycan Respublikasının Səhiyyə naziri, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı naziri tipli mürəkkəb adlarda sahə bildirən söz (Səhiyyə) böyük, vəzifə bildirən söz (nazir) kiçik hərflə yazılırdı.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!