Azərbaycanda nə qədər əcnəbi tələbə təhsil alır?

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda nə qədər əcnəbi tələbə təhsil alır?

Sosial

19 Oktyabr 2019 18:10 1209


2018/2019-cu tədris ilində Azərbaycanın ali təhsil müəssisələrində 86 ölkədən 6004 əcnəbi tələbə təhsil alıb.

"Yeni Sabah" xəbər verir ki, ölkələr üzrə əcnəbi tələbələr sırasında ilk yeri Türkiyə tutur.​​​​​​

Ötən tədris ilində Azərbaycanın ali təhsil müəssisələrində təhsil alan türkiyəli tələbələrin sayı 2175 nəfər olub. Sezar pizza

Bundan əlavə, Azərbaycanda təhsil alan əcnəbi tələbələr sırasında İran (809), Rusiya (635), Gürcüstan (591), İraq (420), Pakistan (196), Türkmənistan (178), Banqladeş (153), Çin (104), Nigeriya (91), Qazaxıstan (62), Suriya (60), Hindistan (58), Özbəkistan (45), İordaniya (37), Ukrayna (35), Şri Lanka (35), Fələstin (32), Əfqanıstan (28), ABŞ (26), Nepal (21), Yəmən (17), Koreya (17), Sudan (14) İsrail (14) və digər ölkələrin (151) vətəndaşları olub. 

Avstriya, Baham Adaları, San-Tome və Prinsipi, Bolqarıstan, Çexiya, Çili, Ekvador, Eritreya, İsveçrə, Keniya, Kolumbiya, Lesoto Krallığı, Liberiya, Litva, Liviya, Malayziya, Mavriki, Mavritaniya, Mərakeş və Tailanddan olan tələbələr də Azərbaycanın ali təhsil müəssisələrində təhsil alırlar. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!