“Azərbaycanda nəyin qiyməti azalıb, əksinə, artıb” –   Deputatdan sərt reaksiya

saytların hazırlanması

Evə çatdırılma

“Azərbaycanda nəyin qiyməti azalıb, əksinə, artıb” – Deputatdan sərt reaksiya

İqtisadiyyat

21 May 2019 12:40 1569


Deputat Vahid Əhmədov bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında - "2018-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı sərt çıxış edib.

Millət vəkili Azərbaycanda qiymət artımının səviyyəsi ilə ilə bağlı açıqlanan statistik rəqəmlərə etiraz edib.

O, rəqəmlərin həqiqəti əks etdirmədiyini deyib: "Büdcənin icrası ilə bağlı sənəddə göstərilir ki, Azərbaycanda istehlak bazarında qiymət azalıb. Azərbaycanda nəyin qiyməti azalıb?! Əksinə, qiymət artıb. Bilmirəm, Statistika Komitəsinin sədri bazara gedib, ya getməyib, danışanda da elə danışmaq lazımdır ki, inandırıcı olsun”. Dördpendirli pizza

Qeyd edək ki, Azərbaycan Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqovdur.

Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!