Azərbaycanda oğru mağazanı soyub borc dəftərini yandırdı

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda oğru mağazanı soyub borc dəftərini yandırdı

Kriminal

03 İyun 2022 12:13 1026


Neftçala rayonunun Təzəkənd kəndində oğurluq olub.

Yenisabah.az xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə yayılıb.

Belə ki, iddialara görə, 17 yaşlı rayon sakini qonşu kəndin mağazasına girib. Pepperoni pizza

İlkin məlumata görə, ərzaq malları oğurlayıb, oranı tərk edəndə isə 15 min manat borc siyahısı olan dəftərləri yandırıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis baş leytenantı Nizam Həmidov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, mart ayının 31-də gecə saatlarında vətəndaş A.Ağayevə məxsus Neftçala rayonu Təzəkənd kəndi ərazisində yerləşən mağazada baş verən oğurluq hadisəsi ilə bağlı Rayon Polis Şöbəsinin İstintaq Bölməsində cinayət işi açılıb:

“Aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən bir yeniyetmə saxlanılıb. Dindirilmə zamanı həmin yeniyetmə törətdiyi əməli etiraf edib.

Araşdırmalar zamanı onun mağazadan müxtəlif növ içki və siqaret oğurladığı, eləcə də vətəndaşların sahibkara olan borc siyahısını yandıraraq məhv etdiyi müəyyən edilib.

Faktla bağlı araşdırmalar davam etdirilir”. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!