Azərbaycanda oğul atasını balta ilə öldürdü

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda oğul atasını balta ilə öldürdü

Kriminal

12 May 2020 09:28 1109


Şirvan şəhəri, M.Araz küçəsi ev 22-də yerləşən fərdi yaşayış evində gecə saat 03 radələrində ölüm hadisəsi baş verib.

Ruhi xəstə olan oğul (və ya qız) atası -1933-cü il təvəllüdlü Əkbərov Nadir İbadulla oğlunu baş nahiyəsindən balta ilə vuraraq qətlə yetirib.

Meyit Şirvan Pataloji Anatomiya və Məhkəmə Tibbi Ekspertiza mərkəzinə yerləşdirilib. pizza sifarişi

Qeyd edilir ki, adıçəkilən ünvanda ruhi xəstə olan bacı və qardaş dözülməz şəraitdə yaşayırlar. Qətl hadisəsini də onlardan biri törədib. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları və kriminalistlər tərəfindən qətlin törədildiyi yer müayinə edilir, istintaq hərəkətləri həyata keçirilir.

Faktla bağlı Şirvan Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanılıb, araşdırma aparılır. /APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!