Azərbaycanda onların da maaşlarına dəyişiklik edildi: Hökumətdən qərar -   Siyahı

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda onların da maaşlarına dəyişiklik edildi: Hökumətdən qərar - Siyahı

Sosial

09 Avqust 2019 07:40 1851


Baş nazir Novruz Məmmədov “Dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq tarif (vəzifə) maaşlarının tənzimlənməsi və “Dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq tarif (vəzifə) maaşlarının tənzimlənməsi haqqında” Qərarda dəyişiklik edib.

“Yeni Sabah” xəbər verir ki, dəyişiklik “Minimum aylıq əməkhaqqının artırılması haqqında” Prezidentinin 2019-cu il 18 iyun tarixli Sərəncamının 2.2-ci bəndinin icrasını təmin etmək məqsədilə olunub.

Qərarla “Dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq tarif (vəzifə) maaşlarının tənzimlənməsi və “Dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq tarif (vəzifə) maaşlarının tənzimlənməsi haqqında” Nazirlər Kabinetinin 2018-ci 2 il 13 mart tarixli 89 nömrəli Qərarında dəyişiklik edilməsi barədə” Nazirlər Kabinetinin 2019-cu il 28 fevral tarixli 68 nömrəli Qərarında aşağıdakı dəyişikliklər edilib:  Toyuqlu pizza

1.1. 1-ci hissəsində “1 və 2 nömrəli əlavələrinə” sözləri “əlavəsinə” sözü ilə əvəz edilsin; 

1.2. həmin Qərara 1 nömrəli əlavə - “Dövlət büdcəsindən maliyyələşdirilən müəssisələrdə (Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA-nın), AMEA-nın Naxçıvan və Gəncə bölmələrinin tabeliyində olan elmi müəssisə və təşkilatlar istisna olmaqla) çalışan işçilərin əməyinin ödənilməsinin Vahid Tarif Cədvəli” yeni redaksiyada verilsin.

2. Bu Qərar 2019-cu il sentyabrın 1-dən qüvvəyə minir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!