Azərbaycanda ötən il bağlanan iş yerlərinin sayı açıqlandı

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda ötən il bağlanan iş yerlərinin sayı açıqlandı

İqtisadiyyat

21 Fevral 2021 11:57 1009


2020-ci il ərzində Azərbaycanda 20,1 min iş yeri bağlanıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən (DSK) bildirilib.

Qeyd olunub ki, bu dövrdə bağlanmış iş yerlərinin 28,1 faizi qeyri-dövlət sektorunun payına düşüb: Dördpendirli pizza

"İş yerlərinin 20,4 faizi müəssisə və təşkilatların fəaliyyətlərinin dayandırılması, 79,6 faizi isə fəaliyyət göstərən müəssisə və təşkilatlarda aparılan ixtisarlarla əlaqədar bağlanıb”.

Rəsmi məlumata görə, həmçinin hesabat dövründə ölkə ərazisində 129,0 min yeni iş yerləri açılıb:

"Bu dövrdə yaradılmış iş yerlərinin 54,9 faizi qeyri-dövlət sektorunda açılıb. Yeni iş yerlərinin 69,3 faizi Bakı şəhərinin, 0,7 faizi Naxçıvan Muxtar Respublikasının, 30,0 faizi digər regionların, o cümlədən 8,4 faizi Aran, 6,6 faizi Lənkəran, 6,0 faizi Gəncə-Qazax, 2,4 faizi Abşeron, 2,0 faizi Dağlıq Şirvan, 1,5 faizi Şəki-Zaqatala, 1,5 faizi Yuxarı Qarabağ, 1,4 faizi Quba-Xaçmaz, 0,2 faizi isə Kəlbəcər-Laçın iqtisadi rayonlarının payına düşüb”. (Modern.az)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!