Azərbaycanda özündən böyük kişilərlə evlənən qızların sayı çoxalır

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda özündən böyük kişilərlə evlənən qızların sayı çoxalır

Sosial

28 İyun 2025 08:52 528


18 yaşlı qızlar 60 yaşlı kişilərlə evlənib.

“Yeni Sabah” xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Bildirilib ki, son üç ildə 6 nəfər 18-29 yaşda gəlin 60 və yuxarı yaşda bəylə rəsmi nikaha daxil olub.

Sosioloqlar bildirirlər ki, son zamanlarda xanımların özlərindən yaşca çox böyük olan bəylərlə münasibət qurmaq istəyi artır. Dominos pizza

Sosioloq Üzeyir Şəfiyev "Xəzər Xəbər"ə bildirib ki, qızları buna vadar edən bir çox hallarda psixoloji problemlər olur. Ailəsində hər hansı çətinlik yaşayan xanım hesab edir ki, özündən çox böyük biri ilə evlənsə, xoşbəxt olacaq.

Sosioloqlar bildirirlər ki, hər kəsin öz yaş kateqoriyasına uyğun biri ilə ailə həyatı qurması daha məqsədəuyğundur.

Üzeyir Şəfiyev əlavə edib ki, kişilər də həyat yoldaşı seçimi zamanı yaş fərqinə diqqət etməlidirlər. Əks halda bu münasibət xoşagəlməz sonluqla bitə bilər.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!