Koronavirus pandemiyasının davam etdiyi, həmçinin Azərbaycanın dövlət büdcəsinin formalaşmasında mühüm yeri tutan neft qiymətlərinin ucuzlaşdığı bir vaxtda Azərbaycanda maaşlar artırılır, sosial təminat addımları davam edir.
Yenisabah.az xəbər verir ki, Prezident İlham Əliyev pandemiya dövründə də əhalinin sosial tədbirlərinin gücləndiriləcəyini bildirib. Bu ilin əvvəlində 37 min ödənişli iş yerinin yaradılmasını nəzərdə tutulub və hazırda pandemiyaya görə bunların sayı 50 minə çatıb.
Həmçinin tibb işçilərinin, sosial xidmət sektorunda çalışanların əməkhaqları artırılıb. Bu barədə Prezidentin iştirakı ilə bir neçə gün əvvəl keçirilən vediokonfransında geniş məlumat verilib. pizza
Pandemiyanın sosial-iqtisadi fəsadlarını minimuma endirmək üçün dövlət büdəcsindən 2.5 milyard manat vəsait ayrılıb. Bu dəstək Azərbaycanın ümumi daxili məhsulunun (ÜDM) 3 faizi həcmindədir.
Dövlət izolyasiya tədbirlərinə görə, işə getməyən vətəndaşların sosial durumunu diqqətdə saxlayır.
Birinci proqram 304 min muzdlu işçinin çalışdığı 44 min sahibkarlıq subyektini əhatə edir.
Bu proqramın fəlsəfəsi həmin işçilərin əməkhaqqının əhəmiyyətli hissəsinin ödənilməsi üçün dövlət tərəfindən maliyyə dəstəyinin təqdim edilməsindən ibarətdir.
Ən son rəsmi statistik göstəricilərə əsasən, hazırda ölkədə 1 milyon 555 min muzdlu işçi var ki, bunun da 915 mini dövlət və neft sektorlarında, qalan 640 mini isə qeyri-dövlət və qeyri-neft sektorlarındadır. Beləliklə, proqramın əhatə etdiyi 304 min işçi bu sektorlarda çalışanların 45 faizindən çoxunu təşkil edir.
Həmçinin qiymətləndirmələrə əsasən, neqativ proseslər 11 fəaliyyət istiqamətinə 100 faiz təsir edib. Bunlar ictimai iaşə, xidmət, turizm, hotellər və “mall”lar, əyləncə, nəqliyyat və s. sahələrdir.
Bu sektorlarda olan şirkətlərdə muzdlu işçi kimi çalışan hər bir vətəndaş bu proqramla əhatə olunub.
Daha 9 fəaliyyət istiqaməti isə əhəmiyyətli mənfi təsirə məruz qalıb. Burada güzəştlərin tətbiqində 70 faizlik dəstək tətbiq edilməsi nəzərdə tutulur.
“Proqramın tətbiq mexanizmi ondan ibarətdir ki, burada ya işçinin real maaşı və ya respublika üzrə orta aylıq əməkhaqqı əsas götürüləcək. Yanvar ayının nəticələrinə görə, respublika üzrə orta aylıq əməkhaqqı 712 manat təşkil edib. Proqram çərçivəsində aylıq əməkhaqqı fondunun 50 faizini birbaşa maliyyə vəsaiti şəklində sahibkarlara və müəssisələrə ayrılması təklif edilir”. Bu sözləri Itisadiyyat naziri Mikayıl Cabbarov sosialproqramlar barədə danışarkən deyib.
Bundan başqa, Prezident İlham Əliyevin sərəncamı ilə sahibkarlığa dəstək üçün Nazirlər Kabinetinə bir milyard manat ayrılıb. Nəzərdə tutulur ki, dövlət dəstəyindən 290 mindən çox mikro və fərdi sahibkar faydalanacaq.
Ümumilikdə isə bu proqramlar 600 minə yaxın insana şamil ediləcək.
Pandemiya dövründə işsizlər də diqqətdən kənarda qalmayıb. Hökumət 200 min işsizə iki ay ərzində 190 manat birdəfəlik yardım verilməsi barədə qərar qəbul edib. Artıq yardımın verilməsinə də başlanılıb.
Telegram kanalımız