Azərbaycanda partlayış:   2 nəfər öldü

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda partlayış: 2 nəfər öldü

Hadisə

28 Aprel 2024 17:14 2671


Sədərək rayonunda sursat partlayışı nəticəsində 2 nəfər həlak olub

Yenisabah.az xəbər verir ki, bu barədə Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Minatəmizləmə Agentliyinin (ANAMA) birgə məlumatında deyilir.

Belə ki, Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Qaraağac kəndi ərazisində Ermənistan tərəfindən vaxtilə atılmış hərbi sursatın partlaması nəticəsində 1951-ci il təvəllüdlü Rzayev Vilayət Həsən oğlu və 1970-ci il təvəllüdlü Əliyev Adəm Həsən oğlu həlak olub. Pepperoni pizza

Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, müvafiq ekspertizalar təyin olunmaqla zəruri prosessual hərəkətlər icra olunub.

Faktla bağlı Sədərək rayon prokurorluğunda araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!