Azərbaycanda payız havası: Temperatur kəskin düşəcək

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda payız havası: Temperatur kəskin düşəcək

Sosial

13 Avqust 2025 13:00 4052


Azərbaycanda avqustun 14-də havanın bəzi yerlərdə yağışlı olacağı gözlənilir.

Bu barədə “Yeni Sabah”a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək. Dominos pizza

Havanın temperaturu gecə 22-25, gündüz 29-33 dərəcə isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunu, nisbi rütubət isə gecə 65-75 %, gündüz 40-45 % təşkil edəcək.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman olacaq. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 20-24, gündüz 30-35, dağlarda gecə 12-17, gündüz 18-23 dərəcə isti olacaq


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!