Azərbaycanda pensiyaçılara yeni güzəştlər olacaq? - AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda pensiyaçılara yeni güzəştlər olacaq? - AÇIQLAMA

Sosial

03 Aprel 2025 13:49 1098


Bəzi ölkələrdə pensiyaçılar üçün xüsusi kartlar mövcuddur. Məsələn, Almaniyada yaşlılar bu cür kartlar vasitəsilə ictimai nəqliyyatda endirim əldə edirlər. Yaxud Fransa, İtaliya, İspaniya, Böyük Britaniyada pensiyaçılara səhiyyə xidmətləri, muzeylərə giriş, qatar və ya avtobusdan istifadə zamanı güzəştlər təklif olunur. Qonşu Türkiyədə də 65 yaşdan yuxarı vətəndaşlar üçün “Yaşlı Kartı” mövcuddur.

Azərbaycanda pensiyaçılar sosial imtiyazlardan nə zaman istifadə edə biləcəklər? Xüsusi kartların olması realdırmı?

Globalinfo.az-a danışan iqtisadçı Xalid Kərimli qeyd edib ki, ölkədə vətəndaşların ictimai xidmətlərdən güzəştlə istifadə etmək təcrübəsi müəyyən zamanlarda olub: pizza mizza

“1990-2000-ci illərdə nəqliyyatdan pulsuz istifadə və sair var idi. Lakin həmin zaman bu, effektiv hesab olunmadı. Sonda qərar verildi ki, ödənişlər fərqli olsun. Məsələn, məcburi köçkünlərə “çörək pulu”, veteranlara ayrı bir formada ödənişlər edildi. Yəni vəsait vətəndaşa verilsin və ödənişləri özü etsin. Belə format daha səmərəli idi. Həmçinin şəxs özü də qənaətə meyilli olur”.

İqtisadçı bildirib ki, hökumət pensiyaçının qayğısına qalmaq istəyirsə, ödənişləri artırmalıdır:

“Düşünmürəm ki, Azərbaycanda pensiya yaşına çatmış vətəndaşlar üçün xüsusi kartlar olsun. Bu, doğru da deyil. Həll yolu ödənişlərin artırılmasıdır. İqtisadi cəhətdən populist məsələlər effektiv deyil”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!