Azərbaycanda polis dənizdə batan şəxsi xilas edərkən həlak oldu   - Foto

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda polis dənizdə batan şəxsi xilas edərkən həlak oldu - Foto

Hadisə

03 Sentyabr 2021 10:59 1774


Dənizdə boğulmaq təhlükəsi ilə üzləşən şəxsi xilas etməyə çalışan gənc polis əməkdaşı həyatını itirib.

Daxili İşlər Nazirliyindən Yenisabah.az-a verilən məlumata görə, Əlahiddə Çevik Polis Alayının polis nəfəri, 21 yaşlı İbrahim Əlosmanov dünən saat 18 radələrində Xəzər rayonundakı “Mayak” çimərliyində bir nəfərin suda boğulduğunu görüb və onu xilas etmək üçün dərhal özünü dənizə atıb. Lakin dərinlik və yüksək dalğalar ona mane olub.

Polis əməkdaşı həyatını xilas etməyə çalışdığı 45 yaşlı Rövşən Qasımovla birlikdə dünyasını dəyişib. Dördpendirli pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!