Azərbaycanda polis zabiti faciəli şəkildə öldü 

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda polis zabiti faciəli şəkildə öldü 

Hadisə

16 Sentyabr 2024 09:56 1045


Şəmkir rayonunda ağır yol qəzası baş verib. 

Yenisabah.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, rayonun Şiştəpə kəndi ərazisində “Toyota” markalı avtomobilinin qəzaya uğraması nəticəsində sərnişin 1996-cı il təvəllüdlü Elbəyi Həsənov vəfat edib. Sürücü müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib. 

Bildirilir ki, vəfat edən E.Həsənov polis baş leytenantıdır. Ailəli olan E.Həsənov Şəmkir Rayon Polis Şöbəsində sahə müvəkkili vəzifəsində çalışırmış.  pizza

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!