Azərbaycanda polkovnik həbs olundu

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda polkovnik həbs olundu

Hadisə

16 Fevral 2024 09:18 1819


Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində davam edən cinayət işi üzrə Naxçıvan Muxtar Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (NMR SHXÇDX) sabiq rəisi, polkovnik Mirzə Xəlil oğlu Cəlilovun barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı vəsatətə Bakı Hərbi Məhkəməsində baxılıb.

“Yeni Sabah”ın məlumatına görə, o, NMR SHXÇDX-nin rəisi vəzifəsində işlədiyi müddətdə ayrı-ayrı şəxslərdən külli miqdarda rüşvət almaqda ittiham edilir.

Bakı Hərbi Məhkəməsinin hakimi Rafiq Abbasovun sədrliyi ilə keçirilən prosesdə Mirzə Cəlilov barəsində 3 ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçilib. Dominos pizza

Qeyd edək ki, Mirzə Cəlilov əvvəllər Naxçıvan Şəhər Polis İdarəsinin rəisi vəzifəsində də çalışıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!