Azərbaycanda polkovnikin meyiti tapıldı

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda polkovnikin meyiti tapıldı

Hadisə

02 Fevral 2026 19:24 6446


Abşeron rayonu, Xırdalan qəsəbəsində yerləşən mənzilində cəzaçəkmə müəssisəsinin sabiq rəisinin meyiti aşkarlanıb.

"Yeni Sabah" Oxu.az-a istinadən xəbər verir ki, 1968-ci il təvəllüdlü Nürəli Mahiyəddin oğlu Eyvazovun meyiti qonşuların hüquq-mühafizə orqanlarına müraciətindən sonra müəyyən edilərək aidiyyəti üzrə təhvil verilib.

Qonşuların müraciətinə səbəb həmin mənzildən kəskin qoxunun gəlməsi olub. Marqarita pizza

Mənzilin qapısı açıldıqdan sonra ev sahibi Nürəli Eyvazovun meyiti otaqlardan birində aşkarlanıb. Cəsədin vəziyyətindən onun bir neçə gün əvvəl vəfat etdiyi müəyyən olunub. Bildirilib ki, ailə üzvlərinin bu hadisədən xəbəri olmayıb.

Mərhumun həmin evdə tək yaşadığı qeyd olunur.

Qeyd edək ki, Nürəli Eyvazov uzun illər Penitensiar Xidmətdə müxtəlif vəzifələrdə çalışıb. O, təqaüddə olan ədliyyə polkovniki olub. Nürəli Eyvazov əvvəllər 4 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsinin, sonuncu dəfə isə Qobustanda yerləşən 4 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsinin rəisi vəzifəsində çalışıb. O, bir neçə il əvvəl təqaüdə çıxmışdı.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!