Azərbaycanda professor vəfat etdi

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda professor vəfat etdi

Hadisə

14 Mart 2024 20:56 762


Filologiya elmləri doktoru, professor Şirindil Alışanlı vəfat edib.

Yenisabah.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutundan bildirilib.

Mərhumla vida mərasimi sabah saat 10:00-da Təzəpir məscidində keçiriləcək. pizza

Şirindil Alışanov 1952-ci ildə Laçın rayonunun Əhmədli kəndində anadan olub. 1976-1987-ci illərdə AMEA Ədəbiyyat İnstitutunda elmi işçi, İnstitutun elmi katibi, bölmə müdiri vəzifələrində çalışıb. 1977-1980-ci illər SSRİ Elmlər Akademiyası Maksim Qorki adına Dünya Ədəbiyyatı İnstitutunun Ədəbiyyat nəzəriyyəsi şöbəsində çalışıb.

1993-1998-ci illərdə “Elm” qəzetinin baş redaktoru, 1997-2013-cü illərdə “Elm” Redaksiya, Nəşriyyat-Poliqrafiya Mərkəzinin direktoru olub. 1990-cı ildən “Sabah” nəşriyyatının direktoru kimi çalışıb.

O, bir sıra mötəbər elmi jurnalların və çoxcildlik nəşrlərin redaksiya heyətinin üzvü olub. Dörd kitabı və yüzdən artıq elmi və ədəbi-tənqidi məqaləsi çap olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!