Azərbaycanda prokuror oğlu “patı” satarkən yaxalandı

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda prokuror oğlu “patı” satarkən yaxalandı

Kriminal

19 İyul 2021 12:54 8387


Quba rayonunda keçmiş prokurorun oğlu külli miqdarda “patı” satarkən yaxalanıb.

Yenisabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu gün rayon ərazisində keçirilən əməliyyat zamanı “Yırtıcı Rauf” ləqəbi ilə tanınan Rauf Abbasov və digər şəxslər “patı” adlanan metamfetamin, heroin və tiryək satarkən ələ keçirilib.

Əməliyyat zamanı digər şəxslər saxlanılsa da, Rauf Abbasov polis əməkdaşlarına qarşı bıçaqla müqavimət göstərərək hadisə yerindən qaçıb. Marqarita pizza

Hazırda onun saxlanılması üçün əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Rauf Abbasov Qubanın keçmiş prokuroru Rafiq Abbasovun oğludur. Rauf Abbasov da Qusar Rayon Polis Şöbəsinin keçmiş əməkdaşı olub. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!