Azərbaycanda qadın polis əməkdaşına xəsarət yetirdi

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda qadın polis əməkdaşına xəsarət yetirdi

Hadisə

03 İyul 2021 12:38 1135


İyulun 1-də Ağdam Rayon Polis Şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı Əhliyət Qasımova qarşı zor tətbiq olunması ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə Yenisabah.az-a Ağdam Rayon Prokurorluğundan məlumat verilib.

Araşdırmalarla müəyyən edilib ki, vətəndaş müraciəti ilə əlaqədar rayonun Baharlı I qəsəbəsində hadisə yerinə baxış keçirilərkən barəsində şikayət olunan İradə Atayeva xidməti vəzifəsini icra edən hakimiyyət nümayəndəsi olan Əhliyət Qasımovun üzərinə hücum edərək xəsarət yetirib. Dördpendirli pizza

Faktla bağlı Ağdam Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə cinayət işi başlanıb.

Cinayət işi üzrə istintaq davam edir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!