Azərbaycanda qadın təzyiq dərmanından öldü

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda qadın təzyiq dərmanından öldü

Hadisə

25 Yanvar 2025 21:13 526


Bərdədə qadın dərmandan zəhərlənərək ölüb.

Yenisabah.az Lent.az-a istinadən xəbər verir ki, hadisə şəhərin 20 yanvar küçəsində baş verib.

Yeganə Araz qızı Hüseynova yanvarın 22-də çoxlu sayda təzyiq dərmanı qəbul edib. Görülən tibbi müdaxilələrə baxmayaraq, qadın yanvarın 24-də müalicə aldığı Bərdə Rayon Mərkəzi Xəstəxanasının Diaqnostika Mərkəzində həyatını itirib. Marqarita pizza

Qeyd edək ki, mərhum Bərdə şəhərində yerləşən "Təzə bazar" adlı ticarət mərkəzində qadın geyim paltarlarının satışı ilə məşğul olub.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!