Azərbaycanda qalmış 228 nəfər Rusiya vətəndaşı geri göndərildi

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda qalmış 228 nəfər Rusiya vətəndaşı geri göndərildi

Hadisə

04 İyun 2021 00:05 777


Pandemiya səbəbindən quru sərhədlərinin bağlanmasına görə Azərbaycanda qalmış Rusiya vətəndaşlarından ibarət növbəti qrup ölkələrinə göndərilib.

Yenisabah.az TASS-a istinadən xəbər verir ki, bu barədə Dağıstan Respublikasının milli siyasət və dini məsələlər naziri Enrik Müslümov məlumat verib.

Onun sözlərinə görə, 228 nəfər Rusiya vətəndaşından yalnız 15-i Dağıstan sakini olub. Ölkəyə qayıdanların hərarəti ölçülüb və onlar barəsində bütün lazımi prosedurlar yerinə yetirilib.  Toyuqlu pizza

Qeyd edək ki, bundan əvvəl mayın 18-də də koronavirus səbəbindən Azərbaycanda qalmış bir qrup Rusiya vətəndaşı ölkəsinə qayıtmışdı.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!