Azərbaycanda qanunsuz ov edən suriyalılar cərimələndi

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda qanunsuz ov edən suriyalılar cərimələndi

Sosial

05 Noyabr 2025 17:42 278


Hacıqabul və Qobustan rayonlarının həmsərhəd çöllük ərazisində ov qaydalarını pozan əcnəbilər saxlanılıb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə "Report"a Dövlət Ekoloji Təhlükəsizlik Xidməti məlumat yayıb.

Araşdırma zamanı ov qaydalarını pozan şəxslərin Suriya və Qətər vətəndaşları olduğu müəyyən edilib. Saxlanılan şəxslərin 90-CM-510 dövlət qeydiyyat nişanlı "Toyota" markalı nəqliyyat vasitəsinə keçirilən baxış zamanı avtomobildə qanunsuz əldə edilmiş bir Şahin quşu, üç göyərçin və dörd cələ aşkar olunub. Pepperoni pizza

Faktla bağlı qanun pozucuları barəsində protokol tərtib olunaraq hər birinə 2 min manat məbləğində cərimə tətbiq edilib. Götürülmüş quşlar Şirvan Milli Parkının ərazisinə buraxılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!