Bu gün səhər saatlarından Tovuzda başlayan qar şəhər stadionunun qarla örtülməsinə səbəb olub.
Yenisabah.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, aparılan son araşdırmalardan sonra “Turan Tovuz” - “Sabah-2” oyununun bu gün baş tutmayacağı məlum olub.
Təmizləmə işlərindən sonra qarşılaşmanın sabah saat 15:00-da Tovuz şəhər stadionunda keçirilməsi nəzərdə tutulub. pizza mizza
Xatırldaq ki, fevralın 17-də "Turan Tovuz"un bu stadionda "Sumqayıt-2" ilə keçirilən oyunu da güclü qar səbəbindən yarımçıq dayandırımış və növbəti gün oynanılmışdı.
Telegram kanalımız