Azərbaycanda qaz kəmərlərində itkilər artıb

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda qaz kəmərlərində itkilər artıb

İqtisadiyyat

19 Aprel 2023 17:41 2515


Ötən il Azərbaycanda magistral qaz kəmərlərində 50,6 mln. kubmetr itki olub, bu da illik müqayisədə 4,5% çoxdur.

Yenisabah.az "APA-Economics"ə istinadla xəbər verir ki, 2021-ci ildə ölkə üzrə qaz kəmərlərində itkilər 48,4 mln. kubmetr təşkil edib.

2022-ci ildə Azərbaycanda magistral qaz kəmərləri ilə 39 240,2 mln. kubmetr qaz nəql edilib ki, bu da illik müqayisədə 11,8% çoxdur. Toyuqlu pizza

Ötən il qaz nəqlinin 53%-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib. Hesabat dövründə bu kəmərlə 20 803,7 mln. kubmetr qaz ötürülüb (2021-ci ilin göstəricisi ilə müqayisədə 18,01%-lik artım).

Xatırladaq ki, qeyd olunan boru kəməri vasitəsilə “Şahdəniz” qaz-kondensat yatağında hasil edilən qaz ixrac edilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!