Azərbaycanda qaz və işığın qiyməti nə vaxt endiriləcək? -   Açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda qaz və işığın qiyməti nə vaxt endiriləcək? - Açıqlama

Sosial

21 İyun 2019 08:26 1736


Sosial sahədəki sərəncamlar kommunal qiymətlərin aşağı salınması ilə bağlı məsələni də gündəmə gətirib. Ötən gün Nazirlər Kabinetinin iclasında da kommunal məsələlərdən danışılıb. 

Baş Nazir Novruz Məmmədov bildirib ki, istehlakçılara göstərilən xidmətlərin keyfiyyətinin artırılması, su təchizatı xidmətlərinə görə ödəniş səviyyəsinin yüksəldilməsi, istehlak edilən suyun uçotunun dəqiq aparılması və itkilərin qarşısının alınması məqsədilə müvafiq suölçən cihazların quraşdırılması ilə bağlı işlərin davam etdirilməsi qarşıda duran prioritet məsələlərdir.

İqtisadçı ekspert Natiq Cəfərli  isə “Yeni Sabah”a açıqlamasında bildirib ki, kommunal qiymətlərdə endirim gözləmir:

“Əslində qaz və işıq, kommunal qiymətlərin enməsini gözləmirəm. Belə bir ehtimalın olması çox aşağıdır. Çünki büdcə xərcləri sürətlə artır. Son fərmanlar, maaş və təqaüdlərin artımını nəzərdə tutur. Getdikcə büdcəyə daha çox yük düşəcək. Ona görə də kommunal xidmətlərdə qiymət endiriminə gedilməsi, hələlik mümkün görünmür. Belə bir ehtimal çox aşağıdır”.  Sezar pizza

Ekspertin sözlərinə görə, buna neftin qiyməti də təsir edəcək:

“Neft qiymətlərinin də oynaq olması hökuməti bunu nəzərə almağa məcbur edir. Neftin qiymətində növbəti dəfə enmələr olsa, ümumiyyətlə, kommunal xidmətlərdə hər hansı qiymət dəyişikliyinin olmasının ehtimalı sıfıra yaxınlaşar. Ona görə də maaş və təqaüdlərin artımı, sosial paketin genişləndirilməsi  onu deməyə əsas  verir ki, kommunal xidmətlərdə tariflərin enməsini gözləmək əbəsdir”. 

Əsmər Qabil 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!