Azərbaycanda qədim aramey əlifbası ilə yazılmış daş kitabə tapıldı - Foto

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda qədim aramey əlifbası ilə yazılmış daş kitabə tapıldı - Foto

Maraqlı

16 Oktyabr 2022 20:07 1353


Şəki-Zaqatala iqtisadi rayonunun inzibati ərazisindən qədim aramey əlifbası ilə yazılmış daş kitabə tapılıb.

Yenisabah.az xəbər verir ki, bu barədə APA-ya AMEA-nın Şəki Regional Elmi Mərkəzinin böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Akif Məmmədli bildirib.

Onun sözlərinə görə, aparılan tədqiqat zamanı qədim aramey əlifbası ilə yazılmış daş kitabə aşkar edilib: “Bu tapıntının bölgə tarixi üçün maraqlı bir yenilik olduğunu deyə bilərik”. Dördpendirli pizza

A.Məmmədli yazının tədqiqat mərhələsində olduğunu əsas göstərərək, hələlik başqa məlumatın verilməsinin doğru olmadığını bildirib. Tədqiqatçı yaxında bölgənin tarixini özündə əks etdirən minlərlə eksponatın toplandığı muzeyin, eləcə də yazılı daşın təqdimatı ilə bağlı tədbirin keçiriləcəyini bildirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!