Azərbaycanda qeyri-adi məhkəmə iddiası: Pişik xəbərinə görə 20 min manat...

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda qeyri-adi məhkəmə iddiası: Pişik xəbərinə görə 20 min manat...

Hadisə

05 Noyabr 2024 15:09 1269


Bu gün Nərimanov rayon Məhkəməsində “Hasvet İnternational Animal Hospital”ının Yenisabah.az saytı və jurnalist Əsmətxanım Rzazadəyə qarşı məhkəmə iddiası üzrə hazırlıq iclası keçirilib.

Yenisabah.az xəbər verir ki, hakim Səbinə Nuriyevanın sədrliyi ilə baş tutan prosesdə məlumatlar dəqiqləşdirilib. İş üzrə toplanan materiallar məhkəməyə təqdim olunub. 

Proses dekabrın 11-nə təyin olunub. Pepperoni pizza

Qeyd edək ki, iddiaçı "Hasvet Baku" Məhdud Məsuliyyətli Cəmiyyəti “Yenisabah.az” saytında haqqında yayılan xəbərlə bağlı məhkəməyə müraciət edib. Saytda dərc olunan yazıda hospitalda pişiyin əməliyyat qiymətlərinin yüksək olması tənqid edilib. Klinika qarşı tərəfdən təkzib və 20.000 manat təzminat ödəməyi tələb edir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!