Azərbaycanda qızına heroin vuraraq öldürən ata saxlanıldı   - TƏFƏRRÜATLAR

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda qızına heroin vuraraq öldürən ata saxlanıldı - TƏFƏRRÜATLAR

Kriminal

23 Mart 2021 13:00 899


Martın 22-də saat 23 radələrində Xəzər rayonu, Buzovna qəsəbəsi ərazisində 1985-ci il təvəllüdlü Salamova Gülər Hacı Ağa qızına məxsus meyiti yaşadığı evdə aşkar edilib.

Xəzər rayon prokurorluğundan Yenisabah.az-a verilən məlumata görə, ilkin araşdırmalarla zərərçəkmişin atası 1960-cı il təvəllüdlü Salamov Hacı Ağa Əziz Ağa oğlunun qısqanclıq zəminində Gülər Salamovanın əzələsinə qanunla müəyyən edilmiş miqdardan artıq narkotik vasitə - heroin vuraraq zəhərləyib qəsdən öldürməsinə əsaslı şübhələr müəyyənləşib.

Faktla bağlı Xəzər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilib. Toyuqlu pizza

Hacı Ağa Salamov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub. Hazırda cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!