Azərbaycanda qoyun oğurlayan qadın saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda qoyun oğurlayan qadın saxlanıldı

Sosial

20 Sentyabr 2019 15:38 988


Masallıda qoyun oğurlayan kişi və qadın saxlanılıb.

“Yeni Sabah” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Lənkəran regional qrupundan məlumat verilib. Bildirilib ki, Masallının Kürdəbaz kənd sakini Əkrəm Səmədov həyətindəki tövlədən 1500 manat dəyərində 6 baş qoyunun oğurlanması ilə bağlı polisə müraciət edib.

Masallı Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə oğurluq faktını Cəlilabad rayonunun Xəlilabad kənd sakini, əvvəllər məhkum olunmuş Mətləb Məstiyevin Masallının Çaxırlı kənd sakini Firuzə Abdullayeva ilə birlikdə törətdiyi məlum olub. pizza hut

Bundan başqa, aparılan araşdırmalarla həmin şəxslərin sentyabrın 1-də Masallının Alışanlı kəndindəki Xudakərim Əliyevə məxsus həyətdəki tövlədən də 1500 manat dəyərində 6 baş qoyun oğurladıqları müəyyən edilib.

Saxlanılan M.Məstiyev törətdikləri əməli etiraf edib və oğurladıqları qoyunları Cəlilabad bazarında satdığını bildirib.

Hər iki faktla bağlı Masallı RPŞ-də araşdırma aparılır.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!