Azərbaycanda restoranlar nərə balığı adı ilə nə satır? – Nazir ehtiyatlı olmağa çağırdı

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda restoranlar nərə balığı adı ilə nə satır? – Nazir ehtiyatlı olmağa çağırdı

Sosial

31 Oktyabr 2019 09:35 1104


"Restoranlarda nərə balığı adı ilə insanlara başqa ətin satılması halları mövcuddur".

"Yeni Sabah" "Report"a istinadən xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev Yeni Azərbaycan Partiyasında keçirilən mətbuat konfransında deyib.

Nazir bildirib ki, Azərbaycanda o qədər nərə balığı yoxdur ki, bütün restoranlarda satılsın: “O qədər nərə balığı yoxdur. Biz yediyimiz məhsula ehtiyatla yanaşmalıyıq. Digər balıq məhsulunun nərə balığı adı ilə verilməsi halları var. Vətəndaşlar bu məsələdə ehtiyatlı olmalıdırlar”. Pepperoni pizza

Nazir əlavə edib ki, Azərbaycanda nərə balığının yetişdirilməsi istiqamətində işlər davam edir və ildən-ilə bu proses artır: “Bir zamandan sonra biz bunun müsbət nəticələrini görəcəyik”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!