Bakı Ağır Cinayətlər Məhkəməsində 11 yaşlı Kərəm Muradovu (Ad,soyad şərtidir) zorlayan 2003-cü il təvəllüdlü Həsənov Eltuna hökm oxunub.
“Yeni Sabah” xəbər verir ki, hadisə bu ilin martında Sabunçu rayonunda baş verib. Belə ki, təqsirləndirilən şəxs Eltun Həsənov hadisədən 10 gün öncə Bakı şəhərinə gəlib və qalmağı yeri olmadığı üçün kirvəsi olan zərərçəkmiş şəxs Kərəm Muradovun atası Elxandan icazə alaraq onların evində yaşamağa başlayıb. O, Elxanın evində yaşadığı müddətdə Kərəmlə bir otaqda qalıb və iki dəfə 11 yaşlı oğlanı zorlayaraq qeyri-təbii yolla onunla cinsi əlaqədə olub. Hadisə günü Kərəmin atası Elxan otağa daxil olub, həmin vaxtı Kərəm çılpaq və uzanıqlı vəziyyətdə, Eltun isə yarıçılpaq halda olub. Bunu görən Elxan şübhələnib və Eltundan nə baş verdiyini soruşduqda qonaq cavab verməyib. Elxan da nə baş verdiyini anlayaraq əsəbləşib. Sonra onların yatdıqları otaqda masanın üzərindən çəngəli götürərək, Eltunun sifət nahiyəsindən vurmaq istəyib. Lakin Eltun aralandığından xəsarət almayıb. Məhkəmədə atasının iştirakı ilə zərərçəkmiş şəxs qismində dindirilən Kərəm Muradov bildirib ki, Eltun ona hadisə barədə kiməsə deyəəcyi təqdirdə onun üçün pis olacğını bildirərək hədə-qorxu gəlib. Onun sözlərinə görə, Kərəm bu hadisədən öncə də iki dəfə zorlanıb.
Məhkəmənin hökmünə əsasən Eltun Həsənov barəsində 12 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. pizza
Telegram kanalımız