Azərbaycanda rus dilində tədris dayandırılır

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda rus dilində tədris dayandırılır

Sosial

02 İyul 2025 12:08 12935


2025-2026-cı tədris ilindən etibarən ali təhsil müəssisələrində rus dilində tədris mərhələli şəkildə dayandırılacaq.

“Yeni Sabah” Teleqraf-a istinadən xəbər verir ki, bütün ixtisaslar üzrə tədris yalnız Azərbaycan və ingilis dillərində aparılacaq.

Məlumata görə, hazırda rus sektorunda təhsil alan tələbələr avqustun 20-dək Azərbaycan dili üzrə dil imtahanı verməlidirlər. İmtahandan uğurla keçən tələbələr müvafiq olaraq azərbaycan dilində tədris olunan ixtisasa keçiriləcək. İmtahandan keçə bilməyən tələbələr isə təhsillərini davam etdirə bilməyəcəklər. İngilis dilində tədrisə keçmək istəyən tələbələr üçün avqustun 5-dən etibarən onlayn dil attestasiyası təşkil olunacaq. Dominos pizza

Qeyd olunur ki, bu proses milli kimliyin möhkəmləndirilməsi və beynəlxalq təhsil sisteminə inteqrasiyanın gücləndirilməsi məqsədilə həyata keçiriləcək.

Elm və Təhsil Nazirliyi məsələni nə təsdiq, nə təkzib edib. Qurumun məsələ ilə bağlı açıqlaması gözlənilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Məzahir
    Bəli qoy rus faşizmi hiss etsin ki, Azərbaycanın öz sözünü deyən rəhbəri və xalqı var! Rədd olsun rus faşizmi!
    11 months ago