Azərbaycanda sabiq baş nazir vəfat etdi - Foto

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda sabiq baş nazir vəfat etdi - Foto

Hadisə

12 Noyabr 2023 23:53 1965


Azərbaycanın keçmiş baş naziri Rəhim Hüseynov vəfat edib.

Yenisabah.az "Report"a istinadən xəbər verir ki, onun cənazəsi "Qurd qapısı" qəbiristanlığında, həyat yoldaşının məzarının yanında torpağa tapşırılıb.

R. Hüseynov 1992-ci ilin mayından 1993-cü ilin yanvar ayına kimi Azərbaycanın baş naziri vəzifəsində çalışıb. Sezar pizza

Qeyd edək ki, o, 1936-cı il aprelin 5-də Bakı şəhərində ziyalı bir ailədə doğulub boya-başa çatıb. 1943-cü ildə Lənkəran şəhərində birinci sinfə daxil olan R. Hüseynov 1953-cü ildə Bakı şəhərində orta məktəbi müvəffəqiyyətlə bitirib. O, təhsilini davam etdirmək üçün Moskvaya gedib. 1953-cü ildə Moskva Polad İnstitutuna daxil olub.

1989-1992-ci illərdə R. Hüseynov Azərbaycan Dövlət Plan Komitəsinin sədri və Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini olub. R. Hüseynov 1992-ci ilin mayından 1993-cü ilin yanvar ayına kimi Azərbaycanın Baş naziri vəzifəsində çalışıb. 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!