Azərbaycanda sabiq nazir komaya düşdü - Foto

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda sabiq nazir komaya düşdü - Foto

Hadisə

21 Yanvar 2025 22:09 19072


Mərkəzi Klinikada müalicəsi davam edən Ədalət Partiyasının sədri İlyas İsmayılovun səhhəti yenidən pisləşib.

Yenisabah.az xəbər verir ki, bunu Teleqraf.com-a Mərkəzi Klinikanın reanimasiya şöbəsinin müdiri Vüqar Əbdülkərimov deyib.

"İlyas müəllimin səhhətində geriləmə olduğu üçün palatadan yenidən reanimasiya şöbəsinə qaytarılıb. Vəziyyəti ağırdır", - deyə şöbə müdiri qeyd edib. Pepperoni pizza

Sabiq baş prokurorun yaxınları isə İlyas İsmayılovun komaya düşdüyünü deyirlər.

Qeyd edək ki, sabiq baş prokuror, Ədalət Partiyasının sədri İlyas İsmayılov bir aydan artıqdır Mərkəzi Klinikada müalicə alır.

İlyas Abbas oğlu İsmayılov 1938-ci il martın 20-də Tovuz rayonunda anadan olub. 1985-1990-cı illərdə Respublika prokuroru, 1992-1995-ci illərdə isə ədliyyə naziri kimi fəaliyyət göstərib. O, Milli Məclisin III və IV çağırış deputatı olub.

İlyas İsmayılov 2001-ci ildən Ədalət Partiyasına sədrlik edir.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Şakir
    Allah şəfa versin. Hörmətli, İlyas müəllimə.
    1 year ago
  • Səmədağa
    Azərbaycan Respublikasında ən çox hörmət qoyulan, korrupsiyaya nifrət edən dəyərli, intelektual səviyyəsi yüksək, milli dəyərləri yüksək tutan əsl hüquqşünas!!! Allahdan İlyas müəllimə can sağlığı arzulayıram.
    1 year ago