Azərbaycanda sabiq nazir vəfat etdi - Foto

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda sabiq nazir vəfat etdi - Foto

Hadisə

27 Mart 2024 21:39 1167


Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat etdi.

Yenisabah.az Trend-ə istinadən xəbər verir ki, Namiq Abbasov 22 fevral 1940-cı ildə Naxçıvan MSSR-nın Ordubad şəhərində anadan olub. 1962-ci ildə Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib.

Namiq Abbasov 1995-ci ilin mart ayından 2004-cü ilin iyul ayınadək Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri vəzifəsində işləyib, general-polkovnik hərbi rütbəsinə qədər yüksəlib. pizza sifarişi

Nazir postundan azad edildikdən sonra 2004-cü ilin 16 dekabr tarixindən 2012-ci il oktyabrın 31-nə kimi Azərbaycanın Özbəkistan Respublikasında fövqəladə və səlahiyyətli səfiri postunda çalışıb. Səfir vəzifəsini tərk etdikdən sonra təqaüdə çıxıb.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!