Azərbaycanda sahibkarlıq sahəsində yoxlamalar 1 il müddətinə dayandırıldı

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda sahibkarlıq sahəsində yoxlamalar 1 il müddətinə dayandırıldı

İqtisadiyyat

09 Fevral 2022 18:34 993


Azərbaycanda sahibkarlıq sahəsində yoxlamalar daha 1 il müddətinə dayandırılıb.

Yenisabah.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanuna dəyişikliyi təsdiqləməsi ilə mümkün olub.

Qanun 2022-ci il yanvarın 1-dən tətbiq edilir. pizza hut

Qeyd edək ki, dəyişikliklə sahibkarlıq sahəsində aparılan yoxlamaların müddəti 2023-ci ilin yanvarın 1-nə qədər uzadılıb. Bu müddətdə yalnız vergi yoxlamaları, insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına təhlükə yaradan hallar üzrə siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən yoxlamalar aparıla bilər. Həmin yoxlamalar da müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla aparılır. Qanunun müddəaları korrupsiya cinayətlərinin araşdırılması ilə əlaqədar Baş Prokurorluğun apardığı yoxlamalara şamil edilmir. Sahibkar bu qanunun tələbləri pozulmaqla həyata keçirilən yoxlamalardan müvafiq icra hakimiyyəti orqanına, prokurorluq orqanlarına, həmçinin inzibati və məhkəmə qaydasında şikayət verə bilər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!