Azərbaycanın I Liqasında mübarizə aparan "Mingəçevir" klubunun saxlanılan futbolçularının kimliyi məlum olub.
Oxu.Az xəbər verir ki, saxlanılan futbolçular arasında qapıçı Mövlan Kərimov, müdafiəçi Xəyal Muradov, yarımmüdafiəçilər - Xəyal Xudaverdiyev, Tural Məmmədzadə, Muxtar Nəzərli, Fuad Əhmədov və Elnur Mirzəyevin adı hallanır.
Onlar hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıblar. Dördpendirli pizza
Qeyd edək ki, hadisə komandadaxili iclasdan sonra baş verib. Futbolçular toplantının ardından Mingəçevirdən Bakıya gətiriliblər.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə (DİN) sorğu göndərilib.
Telegram kanalımız