Azərbaycanda seçici siyahılarının dəqiqləşdirilməsi yekunlaşdı

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda seçici siyahılarının dəqiqləşdirilməsi yekunlaşdı

Siyasət

25 May 2025 21:50 341


Azərbaycanda seçici siyahılarının dəqiqləşdirilməsi başa çatıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyası (MSK) məlumat yayıb.

Bildirilib ki, ölkə üzrə seçici siyahılarının dəqiqləşdirilməsi prosesi yekunlaşıb. MSK mayın 26-da keçiriləcək iclasında yenilənmiş seçici siyahıları ilə bağlı göstəriciləri ictimaiyyətə açıqlayacaq. Dördpendirli pizza

Seçki Məcəlləsinə əsasən, məntəqə seçki komissiyaları hər il fevralın 5-dək öz ərazilərində seçici siyahılarını dəqiqləşdirərək dairə seçki komissiyalarına təqdim etməlidirlər. Dairələr isə ən gec aprelin 5-dək ilkin dəqiqləşdirilmiş siyahıları MSK-ya göndərməlidirlər.

MSK həmin məlumatları ümumiləşdirərək ölkə üzrə vahid seçici siyahısını tərtib edir. Seçicilərin daimi siyahısı isə hər il mayın 30-dək təsdiqlənməlidir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!