Azərbaycanda seçicilərin sayı açıqlandı

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda seçicilərin sayı açıqlandı

Siyasət

26 May 2025 16:45 186


Ölkə üzrə seçici siyahılarının dəqiqləşdirilməsi yekunlaşıb.

Yenisabah.az apa-ya istinadla xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında MSK sədri Məzahir Pənahov məlumat verilib.

O bildirib ki, ölkə üzrə 6 milyon 302 min 93 nəfər seçici var. Seçicilərin 52,43%-i qadın, 47,57%-i kişidir: “28390 nəfər seçicimiz bu il səsvermə hüququ qazanıb. Ən çox seçicimiz olan yaş qrupu 30-40 yaş arasıdır. Bundan sonra ən çox seçicimiz 40-50 yaş arası seçicilərsdir”. pizza

Seçki Məcəlləsinin tələblərinə əsasən, hər il məntəqə seçki komissiyaları məntəqə üzrə tərtib edilmiş seçici siyahılarını fevralın 5-dən gec olmayaraq müvafiq dairə seçki komissiyalarına təqdim etməlidir.

Dairə seçki komissiyaları isə müvafiq seçki dairələri üzrə ilkin seçici siyahılarını aprelin 5-dək Mərkəzi Seçki Komissiyasına təhvil verməlidir. Mərkəzi Seçki Komissiyası da öz növbəsində vahid seçicilər siyahısının ölkə üzrə tərtib edilməsini həyata keçirməlidir.

Bu prosesə ən gec may ayının sonuna qədər yekun vurulmalı və ölkə üzrə yenidən tərtib olunmuş vahid seçicilər siyahısı Mərkəzi Seçki Komissiyasının rəsmi internet səhifəsində yerləşdirilməlidir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!