Azərbaycanda şəkərli diabet xəstələri üçün dərman istehsalına başlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda şəkərli diabet xəstələri üçün dərman istehsalına başlanıldı

İqtisadiyyat

11 Yanvar 2022 18:57 1213


Pirallahı Sənaye Parkının rezidenti “R-Pharm” şirkəti tərəfindən Azərbaycanda ilk dəfə olaraq şəkərli diabetin fəsadlarının profilaktikası üçün nəzərdə tutulan Diabeton® MR (qliklazid) preparatının istehsalına başlanılıb.

İqtisadiyyat Nazirliyindən Yenisabah.az-a verilən məlumata görə, artıq şirkət tərəfindən 200 min qutu dərman istehsal edilib və paylanma üçün aidiyyəti yerlərə göndərilib.

Cari ilin I rübünün sonunadək müəssisədə daha 300 min qutu Diabeton® MR preparatının istehsalı planlaşdırılır. pizza sifarişi

Qeyd edək ki, sözügedən dərmanın istehsalı “R-Pharm” ilə Fransanın beynəlxalq əczaçılıq qrupu olan “Servier” şirkəti arasında imzalanmış tərəfdaşlıq sazişi çərçivəsində həyata keçirilir. Beşillik müqavilənin şərtlərinə əsasən, müəssisədə qeyd edilən dərman preparatının ildə təxminən 1 milyon qutu həcmində istehsalı nəzərdə tutulur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!