Azərbaycanda şəkərli diabet xəstələrinin sayı artır - STATİSTİKA

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda şəkərli diabet xəstələrinin sayı artır - STATİSTİKA

Sosial

21 May 2025 21:19 308


"2024-cü ildə Azərbaycanda ilk dəfə şəkərli diabet diaqnozu qoyulmuş 33 533 nəfər qeydə alınıb".

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Dövlət Statistika Komitəsindən məlumat verilib.

Bildirilib ki, onlardan 1 134 nəfəri insulindən asılı olan, 32 399 nəfəri isə insulindən asılı olmayan şəkərli diabet xəstəsidir. pizza hut

Məlumata görə, ötən il ölkə üzrə tibb müəssisələrində ümumilikdə 423 523 nəfər şəkərli diabet diaqnozu ilə qeydiyyatda olub. Onlardan 39 211 nəfəri insulindən asılı olan, 384 312 nəfəri isə insulindən asılı olmayan xəstə kimi qeydə alınıb.

Qeyd edək ki, 2023-cü ildə ölkədə ilk dəfə şəkərli diabet diaqnozu qoyulmuş 30 500 nəfər qeydə alınmışdı.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!