Azərbaycanda sərxoş deputat polisi döydü

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda sərxoş deputat polisi döydü

Kriminal

29 İyul 2021 14:26 3153


Xaçmaz rayonunun deputatı Eldəniz Səlimovun polisi döyməyi barədə məlumat yayılıb.

“Yeni Sabah” xəbər verir ki, Xaçmaz sakinləri Bakupost.az -a bildirilib ki, hadisə dünən Nabranda baş verib.

Sakinlər qeyd edir ki, deputat sərxoş olub və istirahət mərkəzlərinin birində Xaçmaz Rayon Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi Şöbəsinin polis əməkdaşı Mirzəyev Zaur Cavanşir oğluna hücum çəkib, ona xəsarət yetirib. Pepperoni pizza

Hazırda polis işə çıxmır.

Qeyd edilib ki, deputatın ailə üzvləri polisin evinə gediblər, ondan məsələni böyütməməyi xahiş edirlər.

Məlumat artıq sosial şəbəkələrdə də sürətlə yayılır.

Məsələ ilə bağlı deputatın özü ilə əlaqə saxlamaq mümkün olmadı. O, istifadə etdiyi hər iki mobil nömrəsini bağlayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!