Azərbaycanda sərxoş şəxs avtobusu ər-arvadın üzərinə sürdü - Ölən və yaralanan var

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda sərxoş şəxs avtobusu ər-arvadın üzərinə sürdü - Ölən və yaralanan var

Kriminal

01 Yanvar 2021 08:25 2367


Şabran şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Yeni Sabah” Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, dekabrın 30-da saat 21 radələrində Şabran şəhərində şəhər sakini N.Şeydayev sərxoş vəziyyətdə idarə etdiyi “KAvZ” markalı avtobusla yolun kənarı ilə hərəkət edən həmyerliləri Q.Rzayevanı və əri E.Mürsəlovu vurub.

Nəticədə qadın aldığı xəsarətlərdən hadisə yerində ölüb, həyat yoldaşına isə xəstəxanada ilkin tibbi yardım göstərilib. Şabran RPŞ tərəfindən araşdırma aparılır. Marqarita pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!