Azərbaycanda şok: Koronavirusa yoluxan həkim xəstə qəbul etdi

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda şok: Koronavirusa yoluxan həkim xəstə qəbul etdi

Maraqlı

11 Sentyabr 2022 10:25 1446


Koronavirus xəstəsi olduğu halda xidməti iş otağında xüsusi karantin rejimi qaydalarını pozaraq pasiyent qəbul edən Bərdə Rayon Mərkəzi Xəstəxanasının travmatologiya şöbəsinin həkimi Hafiz Əliyevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Yenisabah.az-ın əldə etdiyi məlumata görə, Bərdə Rayon Məhkəməsində keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 2500 manat məbləğdə cərimə cəzasına məhkum edilib. Sezar pizza

Hökmdən narazı qalan həkim apellyasiya şikayəti verib. Hazırda şikayət Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılır.

Qeyd: Bərdə Rayon Prokurorluğunun ötən ilin iyun ayının 8-də yaydığı məlumata əsasən, Rayon Mərkəzi Xəstəxanasının travmatologiya şöbəsinin həkimi Hafiz Əliyev koronavirus xəstəsi olduğu halda xidməti iş otağında xüsusi karantin rejimi qaydalarını pozaraq pasiyent qəbul edib. Bu barədə rayon prokurorluğuna məlumat verilib.

Həmin məlumatla əlaqədar rayon prokurorluğunda yoxlama aparılmaqla toplanmış material üzrə Cinayət Məcəlləsinin 139-1.1-ci (karantin rejiminin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda) maddəsi ilə cinayət işi başlanıb./Pravda.az 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!