Azərbaycanda son sutkada 3 nəfər koronavirusa yoluxub

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda son sutkada 3 nəfər koronavirusa yoluxub

Sosial

22 May 2023 16:47 688


Azərbaycanda son sutka ərzində koronavirus (COVID-19) infeksiyasına yoluxanların və peyvənd olunanların sayı açıqlanıb.

Yenisabah.az xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayaıb.

Son sutkada infeksiyaya 3 yeni yoluxma faktı qeydə alınıb. Marqarita pizza

Xəstəlikdən vəfat edən olmayıb.

İndiyədək ölkədə ümumən 831 735 nəfərin xəstəliyə yoluxması faktı müəyyən edilib, onlardan 821 386 nəfər müalicə olunaraq sağalıb, hazırda 77 aktiv xəstə var. Bu günə qədər 10 272 nəfər vəfat edib.

Məlumata görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 714, bu günə qədər isə ümumilikdə 7 612 419 test icra olunub.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı isə 13 963 989 olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!