Azərbaycanda süd vəzi xərçəngi xəstələrinin sayı açıqlandı

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda süd vəzi xərçəngi xəstələrinin sayı açıqlandı

Sosial

20 Oktyabr 2025 17:52 292


Hazırda Azərbaycanda süd vəzisinin xərçəngi diaqnozu ilə 18 min 639 nəfər qeydiyyatdadır.

Yenisabah.az report-a istinadla xəbər verir ki, bunu Milli Onkologiya Mərkəzinin baş həkimi Azad Kərimli bildirib.

Onun sözlərinə görə, Azərbaycanda süd vəzisinin xərçəngi diaqnozu qoyulmuş 8 min 82 nəfər beş il və daha çox yaşayan insanlardır. Marqarita pizza

"Ötən il 2 876 nəfərin ilkin diaqnozda süd vəzisinin xərçəngi olduğu qeydə alınıb. Bunlardan 610-u profilaktik baxış zamanı aşkarlanıb. 2024-cü ildə 1309 nəfərdə birinci və ikinci mərhələdə, 878-də üçüncü mərhələdə, 487 nəfərdə isə dördüncü mərhələdə süd vəzi xərçəngi aşkarlanıb", - baş həkim vurğulayıb.

Xatırladaq ki, oktyabr Ümumdünya Süd Vəzi Xərçəngi ilə Mübarizə ayıdır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!