Azərbaycanda koronavirusla bağlı bu günə olan statistik göstəriciləri açıqlanıb.
TƏBİB-dən Yenisabah.az-a daxil olan məlumata görə, bu gün ölkədə koronavirusla bağlı 4345 test edildiyi bildirilib.
Məlumata görə, indiyə qədər Azərbaycanda 426 394 test aparılıb. pizza hut
Xatırladaq ki, bu günə qədər ölkəmizdə 13 207 nəfər koronavirusa yoluxub. 161 nəfər ölüb, 7168-i isə sağalıb. Hazırda 5878 nəfər aktiv xəstə kimi qeydiyyatdadır.
Həmin şəxslərdən 168 nəfərin vəziyyəti ağırdır, 35 nəfər isə süni tənəffüs aparatı vasitəsilə xəstəliklə mübarizə aparır.
Telegram kanalımız